“Beynəlxalq terrorun başında NATO və “MOSSAD” dayanır”backend

“Beynəlxalq terrorun başında NATO və “MOSSAD” dayanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün dünyada gedən siyasi proseslərə nəzər saldıqda müsəlman dövlətlərinə, ümumiyyətlə İslam dünyasına qarşı çox çirkin oyunun həyata keçirildiyini görə bilərik. Bir neçə faktı söyləmək kifayət edir ki, müsəlman dövlətlərinə qarşı, aparılan çirkin oyunu görmək mümkünə çevrilsin. Bir müddət öncə müsəlman dövləti olan Fələstinin müstəqilliyinin tanınması üçün Fransa parlamentində müzakirələr başlandı. Lakin nəticə Fransada terror aktının törədilməsi və xeyli sayda insanın həlak olması yadda qaldı. Anoloji hal Belçikada da baş verdi. Fələstinin müstəqil dövlət kimi tanınması bu ölkəyə də baha başa gəldi. Brüsseldə törədilən terror dəhşətli mənzərə ilə xatirələrə əks olundu. Hər iki hadisəyə nəzər salsaq bu terrorda oxşar cəhətlərin və xarici qüvvələrin rolunun olduğunu görə bilərik. Bir çox siyasi analitiklər də Fələstinə qarşı uzun illərdir müharibə aparan İsrailin, eləcə də onun “Mossad” təşkilatının bu terror aktlarının törədilməsində rolunun olduğunu bildirirlər. Digər bir məqam isə müsəlman dünyasını və İslamı gözdən salmağa yönəlik addımların atılmasıdır. Belə ki, ABŞ və Qərbin yaratdığı fiqur olan İŞİD terror təşkilatı indi böyük güclər tərəfindən İslam adı ilə dünyaya təqdim olunur. İslamı terror dini kimi göstərməyə çalışan xristian dünyası bu çirkin niyyətini dini, milliyəti, mənsubiyyəti olmayan İŞİD-in əli ilə həyata keçirməyə çalışır. Lakin buna heç cür nail ola bilmir. Bütün sadalanan faktlardan bir sıra suallar ortaya çıxır.

Fransa və Belçika terrorlarında “Mossad” faktoru rol oynayırmı? Əsasən Avropa dövlətlərinə qarşı yönələn İŞİD terroru Qərbin İslamı növbəti dəfə gözdən salmaq oyunu kimi qəbul edilə bilərmi?

İslaminSesinin ünvanladığı sualları politoloq Rövşən Novruzoğlu cavablandırıb. Ekspert bildirdi ki, beynəlxalq terror iki hissəyə bölünüb: “Bu gün beynəlxalq terrorun başında NATO dayanır. Məhz NATO-ya üzv olan ölkələr tərəfindən də terror təşkilatlarının maliyyələşdirilməsi həyata keçirilir. İslama heç bir aidiyyatı olmayan İŞİD terror təşkilatının ilk nizamnaməsi İncirlik bazasında yazılıb. Yəni ilk olaraq Əl-Nüsra, daha sonra Əl-Qaidə və İŞİD kimi terror təşkilatlarının nizamnamələri Türkiyənin İncirlik hərbi bazasında yazılıb. Bu gün Türkiyə və İsrail arasındakı münasibətlərin guya gərgin olması barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Çünki bu iki dövlət arasında münasibətlər heç zaman pis olmayıb. Bu dövlətlər arasında gizli bağlılıqlar mövcuddur. AKP-nin ikinci dəfə qalib olması məhz “Mossad” təşkilatının əli ilə baş verdi”.

Politoloqun sözlərinə görə, bu gün Qərbdə baş verən terror hadisələri Fələstinin müstəqilliyinin həmin dövlətlər tərəfindən tanınmasına imkan vermir. Halbuki terror qruplaşmasını yaradan və maliyyələşdirən də məhz Qərbin özüdür. Rövşən Novruzoğlu səsləndirdiyi fikirləri arqumentlərlə əsaslandırıb: “Əl-Qaidə terror təşkilatının keçmiş lideri Osama Bin-Ladenin Tora-Borada yerləşən iqamətgahı beynəlxalq kəşfiyyat nümayəndələri tərəfindən axtarılanda həmin ərazidən İsveçin, Fransanın, Böyük Britaniya və ABŞ-ın cəsuslarına məxsus rəsmi sənədlər tapıldı. Bütün bu sənədlər sübut etdi ki, Əl-Qaidə islamçılardan ibarət deyil, əksinə bütün dünyanı birləşdirən bir terror təşkilatıdır. Təhlil etsək görərik ki, Osama Bin-Laden heç müsəlman deyil. Onun qardaşı Braziliyada böyük bir kampaniyaya rəhbərlik edir. Digər qardaşı ABŞ-da konsul kimi fəaliyyət göstərir. Digər bir qardaşının rəhbərlik etdiyi şirkət isə yalnız Qərb üçün “Coca-Cola” istehsal edir. Digər tərəfdən isə Bin-Ladenin qardaşlarından birinin adına ABŞ-ın nüfuzlu universitetlərində təqaüdlər verilir. Bütün bunlar inkaredilməz faktlardır. Qərbin bu terror təşkilatlarını İslam dini ilə bağlaması müsəlman dünyasını nüfuzdan salmağa yönəlib. Yəni Qərb dövlətlərinin əsas hədəfi İslamı gözdən salmaqdır”.

Rövşən Novruzoğlu qeyd edib ki, Fələstinin müstəqilliyinə qarşı yönələn bütün təhdidlər boş və mənasızdır: “BMT fələstin haqqında artıq öz sözünü deyib. Fələstin Müstəqil Respublikadır. Bu dövlətin bayrağı, himni və digər dövlət atributları mövcuddur. Fələstin artıq Yaxın Şərq regionunda unikal bir dövlətə çevrilməkdədir”.

İnterpress.az