Göteborg şəhərindəki Landvetter hava limanına edilən xəbərdarlıqdan sonra bina boşaldılıb.
Bölgədən partlayış səslərinin gəldiyi iddia edilir. Lakin eşidilən səsin hava limanında olan şübhəli paketlərin nəzarətli şəkildə partladılması zamanı çıxdığı güman edilir.
Hava limanı istiqamətinə gedən bütün yollar polislər tərəfindən bağlanıb. Hazırda bomba məhv etmə qrupları təhlükəsizlik tədbirləri həyata keçirir.(qafqazinfo)
İnterpress.az