Qaçqınlar arasında kütləvi dava olubbackend

Qaçqınlar arasında kütləvi dava olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Hadisə 30 martda axşam saatlarında baş verib. Əvvəlcə dava 30 nəfər arasında başlayıb, ancaq gecə yarısında hər iki tərəfdən çox sayda qaçqın davaya qoşulub.
Tərəflər bir-birinə daş atıb, sərnişin terminalında pəncərələri sındırıb, ağacları qırıblar.
Xüsusi təyinatlıların köməyi ilə tərəfləri sakitləşdirmək mümkün olub. Polis və terminalın mühafizə xidməti davanın getdiyi ərazini mühasirəyə alıb, xüsusi təyinatlılar gələnə qədər qaçqınları həmin dairədən çıxmağa qoymayblar. Mətbuatın yazdığına görə, hətta qucağında uşaq olan qaçqınlar da davaya qatılıb. Qeyd edək ki, hazırda limanda 6 min qaçqın yerləşdirilib. Hökumət bu hadisədən sonra əfqan və suriyalıları ayırmağı düşünür. (cəbhəinfo)