İnterpress.az-ın CBS telekanalına istinadən verdiyi xəbərə görə, cümə axşamı günü Amerikanın Virciniya ştatının mərkəzi olan Riçmond şəhərində atışma nəticəsində altı nəfər ölüb. Ölənlərdən ikisi polisdir. Polislər silahlı qatili öldürə biliblər.
Hadisə zamanı 29 nəfər yaralanıb, yaralılardan ikisinin durumunun ağır olduğunu bildiriblər.
Bazar ertəsi günü də ABŞ konqresinin görüşlər zalında atışma nəticəsində konqresin və Ağ Evin qapıları bağlandı.
Amerikada silahlı zorakılıq böyük sosial bir problemə çevrilib.
Amerika dövləti ötən iki ildə silah daşıma qanununda islahatlar aparmağa səy edib, amma iri silahqayırma şirkətlərinin sahibləri ABŞ Konqresində malik olduqları nüfuz ilə silah daşınmasına məhdudiyyətin yaradılmasına icazə vermirlər.
İnterpress.az