İŞİD terror qruplaşması fevralın 15-də Dağıstan sərhəd keçid postunda baş verən partlayışı üzərinə götürdükdən sonra Rusiyanı yeni terror aktları reallaşdıracaqları ilə hədələyib. Terrorçu qrupun əsas üzvlərindən biri olduğu ehtimal edilən Əbu Yasir adlı şəxs Rusiyadakı kriminal qruplara səslənib. O, cinayətkar aləmin fəallarına təşkilatı ilə əməkdaşlıq təklif edib. O, cəzaların silah gücünə deyil, şəriət qaydalarına əsasən verilməli olduğunu söyləyib. Əlindəki silahı nümayiş etdirən terrorçu çıxışını belə bitirib:
“Allah bizə bu dəmir parçasını ona görə verib ki, cinayətkar Putini və onun sadiq köpəklərini məhv edək”.
Video görüntü milliyətcə rus olan və RF-nin cəsusu kimi çalışdığı bildirilən naməlum adamın edamı ilə yekunlaşıb.(Bizimyol.info)
İnterpress.az