İraqda ABŞ-nin hərbi bazasına raket hücumu olubbackend

İraqda ABŞ-nin hərbi bazasına raket hücumu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Ənbar əyalətinin Ayn-əl-Asad rayonunda ABŞ-nin hərbi bazası raket hücumuna məruz qalıb.

İnterpress.az xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb.

Məlumata görə, ABŞ bazasına hücum noyabrın 21-də səhər saatlarında edilib. Hadisə nəticəsində dəyən ziyan və itkilər barədə informasiya verilməyib.

“İraq İslam müqavimət” hərəkatı noyabrın 20-də axşam saatlarında Birləşmiş Ştatların Ayn-əl-Asad bazasına PUA ilə hücum etdiyini bildirmişdi.