İranın neft naziri Cavad Ovci ölkəsinin gələn il gündəlik neft hasilatını 4 milyon barrelə çatdırmağı hədəflədiyini bildirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Ovci ölkəsinin neft hasilatı ilə bağlı məlumat verib.
Ölkəsinin 163 milyard barrel neft ehtiyatına malik olduğuna diqqət çəkən Ovci, hakimiyyətə gəldikdə neft hasilatının gündəlik 2 milyon 100 min barrel səviyyəsində olduğunu, bu gün isə 3 milyon 400 min barrelə yüksəldiyini bildirib.
ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra ABŞ İrana qarşı iqtisadi sanksiyaları artırıb və neft satışlarını məhdudlaşdırıb.
İran Neft Nazirliyinin statistikasına görə, 2018-ci ilin aprel ayında ABŞ nüvə sazişindən çıxmazdan əvvəl gündəlik 3,8 milyon barel xam neft və kondensat hasil edən Tehran bu məbləğin 2,8 milyon barrelini ixrac edirdi. İranın Büdcə və Planlaşdırma Təşkilatının prezidenti Davud Menzur avqustun 13-də verdiyi açıqlamada ölkəsinin gündəlik neft ixracının 1 milyon 400 min bareli keçdiyini qeyd edib.