Gürcüstanda doğuş və qeysəriyyə əməliyyatları ödənişsiz olacaqbackend

Gürcüstanda doğuş və qeysəriyyə əməliyyatları ödənişsiz olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Universal Səhiyyə Proqramı çərçivəsində Gürcüstanda doğuş və qeysəriyyə əməliyyatları tam maliyyələşdiriləcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, maliyyələşdirməyə seçilmiş həkim təyinatı və ağrıların aradan qaldırılması üçün nəzərdə tutulmuş iynənin ödənişi daxildir.

Həmçinin, dərman, yemək, otaq, digər birbaşa və dolayı xərclər də, buna daxildir.

Beləliklə, pasiyent pul ödəməli olmayacaq. Universal səhiyyə proqramına daxil olan bütün tibb müəssisələrində DRG modeli əsasında doğuş və qeysəriyyə əməliyyatı xidmətlərinin tarifləri 1222 lari müəyyən edilib.

Qeyd edək ki, VİP Palatanın xidmətləri dövlət tərəfindən maliyyələşdirilmir.
Səhiyyə nazirinin müavini İlia Ğuduşaurinin sözlərinə görə, islahatın məqsədi yüksək keyfiyyətli tibbi xidmətlərə maksimum çıxışı təmin etmək, pasiyentlərin əlavə ödənişlərini azaltmaq, səhiyyə sisteminin səmərəliliyini artırmaq və büdcə vəsaitlərini səmərəli xərcləməkdir.
Xatırlatmaq istərdik ki, sözügedən dəyişiklik tibb müəssisələrinin diaqnostik qruplarla (DRQ) maliyyələşdirilməsi sisteminin genişləndirilməsi nəticəsində həyata keçirilib.