Danimarka Afrikada bərpa olunan enerji layihəsinə 18,7 milyon ABŞ dolları ayıracaqbackend

Danimarka Afrikada bərpa olunan enerji layihəsinə 18,7 milyon ABŞ dolları ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Afrikaya “Bərpa Olunan Mənbələr üçün Qlobal Sürətli Tərəfdaşlıq” (APRA) layihəsini maliyyələşdirmək üçün 128 milyon kron (18,7 milyon ABŞ dollar) yardım ayırır.

İnterpress.az xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

“Afrikanın bir çox ölkələri emissiyaları aşağı olduğu halda iqlim dəyişikliyindən əziyyət çəkir, halbuki onların atmosferə atdıqları tullantılar azdır. Biz onların əvəzinə bunu edirik”.

Danimarka Baş nazirinin sözlərinə görə, Afrika ölkələrinə yaşıl keçiddə kömək etmək, həm də qaçqınların Avropaya axınını azaltmağa kömək edəcək.