Disney-nin uşaq şousunda fiqurlu konkisürən buzun üzərinə başı üstə yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Disney-nin uşaq şousu zamanı fiqurlu konkisürən idmançı fırlanma hərəkəti edərkən tərəf müqabili onu saxlaya bilməyib. Nəticədə qadın idmançı başı ilə buzun üzərinə sərt şəkildə çırpılıb.
Hadisədən sonra tərəf müqabili ona ayağa qalxmağa kömək edib və idmançı qısa müddətdə arenadan çıxarılıb.
Başı yerə dəyən qadın ağır xəsarət alıb.
Xuraman Etibarlı
İnterpress.az






