Kanadalı 13 milyon dollarlıq bitkoin OĞURLADI: Bahalı avtomobillər və təyyarə ALDIbackend

Kanadalı 13 milyon dollarlıq bitkoin OĞURLADI: Bahalı avtomobillər və təyyarə ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalı 21 milyon manat dəyərində bitkoin oğurlayıb, milyonluq avtomobillər alıb və həbsə düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Kanada vətəndaşı Trenton Conston təxminən 13 milyon dollar dəyərində 185 bitkoinin oğurlanması ilə bağlı cinayət işində təqsirini etiraf edib.

O, oğurladığı pulları dəbdəbəli həyat tərzinə xərcləyib, “Lamborghini Aventador SVJ” avtomobili, iki “BMW” alıb, bahalı zinət əşyaları əldə edib və şəxsi təyyarə icarəyə götürüb.

Məlumata görə, Conston kriptovalyuta sahiblərini aldatmaq üçün “Google” və kriptovalyuta şirkətlərinin texniki dəstək əməkdaşları kimi özünü təqdim edib.

O, qurbanları rəqəmsal pul kisələrinə giriş kodlarını verməyə inandırıb. Hətta “Discord” platformasında başqalarına kriptovalyuta oğurluğunu necə həyata keçirdiyini də göstərib.

20 yaşlı Conston 26 oktyabrda ABŞ-də məhkəmənin qərarı ilə 25 ay müddətinə həbs cəzasına məhkum edilib. Bu müddətə onun mart ayından həbsdə keçirdiyi vaxt da daxildir.

O, həmçinin əlində qalan təxminən 3,8 milyon dollar dəyərində kriptovalyutanı təhvil verib.

Xuraman Etibarlı

İnterpress.az