“Ermənistan mina terrorunu əsasən mülki əhaliyə qarşı həyata keçirib”.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 32 ildə 3416 nəfər mina qurbanı olub: “2020-ci ildən indiyə qədər 337 nəfər mina qurbanı olub, 65 nəfər həyatını itirib, onlardan 50 nəfəri mülki şəxsdir. 197 mina hadisəsi baş verib, 56 mina hadisəsi keçmiş təmas xəttində baş verib, 141-i isə təmas xəttindən çox uzaqda baş verib, bu isə mina terrorunun mülki əhaliyə qarşı baş verdiyini göstərir”.