KİV: Ərdoğan Yunanıstana səfər edəcək, tərəflər ən azı 20 saziş imzalayacaqbackend

KİV: Ərdoğan Yunanıstana səfər edəcək, tərəflər ən azı 20 saziş imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinada görüşəcəklər.

İnterpress.az Yunanıstanın dövlət televiziyası olan ERT-yə istinadən xəbər verir ki, liderlər iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclasına sədrlik edəcəklər.

Tərəflərin ən azı 20 saziş imzalayacaqları gözlənilir.

Məlumata görə, miqrasiya ilə bağlı sənəd də onların arasındadır.

Türkiyə diplomatik mənbələrinin məlumatına görə, Ərdoğanı səfərdə 7 nazir, həmçinin onun müşaviri Akif Çağatay Kılıç müşayiət edəcək.

Məlumata görə, Yunanıstan tərəfdən heyətin tərkibində xarici işlər, müdafiə, iqtisadiyyat, təhsil, immiqrasiya, mədəniyyət, turizm nazirləri olacaqlar.