İsrail Qəzzada 2 məktəbi vurdu: Ən azı 50 nəfər öldübackend

İsrail Qəzzada 2 məktəbi vurdu: Ən azı 50 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail təyyarələri və artilleriyasının Qəzzada fələstinlilərin qaldığı iki məktəbə hücumu nəticəsində ən azı 50 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İsrailin döyüş təyyarələri və artilleriyasının Qəzzada iki məktəbə hücumu nəticəsində ən azı 50 fələstinlinin həyatını itirdiyi, yüzlərlə insanın isə yaralandığı bildirilib.

İsrailin hava hücumları və artilleriya atəşi, Qəzzanın Dərac rayonunda didərgin düşmüş fələstinlilərin sığındığı Şəhid Əsəd Səftəvi məktəbi və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə bağlı Səlahəddin Məktəbi hədəf alıb.

İki məktəbə edilən hücumlarda həyatını itirən 50 fələstinlidən çoxunun cənazəsi və yüzlərlə yaralı mülki şəxs bölgəyə yaxın olan Zeytun rayonundakı Baptist Xəstəxanasına gətirilib.

Məktəblərə çatmaqda böyük çətinlik var

Xəbərdə bölgədə davam edən intensiv artilleriya atəşinə görə mülki müdafiə qruplarının məktəblərə çatmaqda böyük çətinlik çəkdiyi bildirilib.

Sözügedən iki məktəbin sığınacaq mərkəzlərinin saxlanması və xərclərinin Əlcəzair əl-Bereket Cəmiyyəti tərəfindən qarşılandığı qeyd edilib.