Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı 2024-cü ilin sonuna qədər məcburi köçkünlərin və ya vətəndaşlığı olmayan insanların sayının 130 milyonu keçəcəyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) gələn ilin sonuna kimi didərgin düşəcəyi gözlənilən insanların sayı ilə bağlı açıqlama yayıb.
“2024-cü ilin sonuna kimi 130 milyondan çox insanın məcburi köçkünə çevriləcəyi və ya vətəndaşsız qalacağı gözlənilir. UNHCR bu insanları müdafiə etməyə sadiqdir. Bugünkü öhdəlik konfransımızda tərəfdaşlarımızdan təcili maliyyə dəstəyi vermələrini xahiş edirik”, – məlumatda deyilir. BMT QAK oktyabrın 25-də dərc etdiyi hesabatda qeyd edib ki, dünyada davam edən müharibə, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən məcburi köçkünlərin sayı bu ilin iyun-sentyabr dövründə 4 milyon nəfər artaraq 114 nəfəri keçib.