Qəzzada hər 10 dəqiqədə 1 uşaq öldürülürbackend

Qəzzada hər 10 dəqiqədə 1 uşaq öldürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ÜST-nin işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Riçard Peeperkorn Qəzzada hər 10 dəqiqədə 1 uşağın öldürüldüyünü deyib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. O, Qəzza üçün daimi atəşkəsə ehtiyacın olduğunu söyləyib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Riçard Peeperkorn Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edərək, İsrailin blokadası altında olan və gərgin olan Qəzzada vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Peeperkorn oktyabrın 7-dən bu yana Qəzzada təxminən 16 min adamın öldürüldüyünü xatırladıb: “Ölənlərin yüzdə 60-dan çoxu qadın və uşaqdır. 42 mindən çox adam yaralanıb. Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq öldürülür. Bu mənada insanlığın ən qaranlıq anına yaxın olduğumuzu düşünürəm. Bizim (Qəzzada) daimi atəşkəsə ehtiyacımız var”.