İsveçrə bankı Pictet vergidən yayınmağa kömək etdiyinə görə cərimələnibbackend

İsveçrə bankı Pictet vergidən yayınmağa kömək etdiyinə görə cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə yerləşən Pictet bankının amerikalı vergi ödəyicilərinə aktivlərini və gəlirlərini ofşor hesablarda gizlətmələrinə kömək etdiyi üçün təxminən 123 milyard dollar cərimə ödəyəcəyi açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada İsveçrənin Pictet bankının ofşor hesablardakı aktiv və gəlirlərini gizlətmək üçün Amerika vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyini etiraf etdiyi qeyd edilib.

Açıqlamada bankın İsveçrə və başqa yerlərdəki 1637 gizli bank hesabında 5,6 milyard dollardan çox aktivləri gizlətmək və bu hesablardan əldə edilən gəlirləri ABŞ Daxili Gəlir Xidmətindən (IRS) gizlətmək üçün Amerika vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyi bildirilib.

Açıqlamada, İsveçrədə və başqa yerlərdə bankda hesabı olan amerikalı vergi ödəyicilərinin 2008-2014-cü illər arasında təxminən 50,6 milyon dollar vergidən yayındığı və bankın ABŞ Xəzinədarlığına təxminən 123 milyon dollar ödəməyi qəbul etdiyi ifadə edilib.

Bəyanatda o da qeyd olunub ki, müqavilə çərçivəsində bank gələcəkdə vergidən yayınma üçün öz xidmətlərindən istifadədən qorunmaq üçün tədbirlər həyata keçirəcək və istintaqda səlahiyyətli orqanlarla əməkdaşlıq edəcək.