ABŞ-ın Kaliforniya ştatında 18 uşaq ətraf mühitin çirklənməsinin qarşısını almadığı səbəbiylə əyalətə qarşı iddia qaldırıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Uşaq Güvən qeyri-kommersiya hüquqi təşkilatının 10 dekabrda 8-17 yaş arası uşaqlar adına açdığı iddiada ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) ətraf mühitin çirklənməsinə qəsdən icazə verdiyi bildirilib.
İddiaçılar deyiblər ki, EPA uşaqlara məhəl qoymayaraq onlara qarşı ayrı-seçkilik edib, onların bərabər yaşamaq və qorunmaq üçün Konstitusiya hüquqlarını pozub.
“Our Children’s Trust” təşkilatının hüquqşünası Julia Olson ictimaiyyəti ətraf mühitin çirklənməsindən qorumaq EPA-nın əsas vəzifəsi olduğunu vurğulayaraq, federal qurumun buna nail ola bilmədiyi üçün qanun qarşısında cavab verməli olduğunu bildirib.
EPA prezidenti Maykl Reqanın ətraf mühitin çirklənməsinə qarşı addım atmamaqla üzərinə düşən vəzifələri yerinə yetirmədiyi də iddia edilib.
İddiada EPA-nın 1970-ci ildə qurulduğu gündən bu yana ABŞ-ın dünyada ən çox istixana qazı buraxan ölkələrdən birinə çevrilməsinə göz yumduğu iddia edilib.