İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliyə bölgəsində həyata keçirdiyi hücumlarda əksəriyyəti uşaq və qadın olan onlarla insan ölüb və yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrailin Cibaliyəni hədəf aldığını bildirib.
Hücumlarda əksəriyyəti uşaq və qadın olan onlarla insanın həyatını itirdiyi və yaralandığı paylaşılıb.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə qarşı hərtərəfli hücuma keçib.
İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 8 mini uşaq və 6 min 200 qadın olmaqla 19 min 667 fələstinli həyatını itirib. Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.
İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 131-i quru işğalı prosesində olmaqla 463 əsgərinin öldürüldüyünü açıqlayıb.
Noyabrın 24-də 4 gün müddətinə verilən və daha sonra 3 gün daha uzadılan qarşıdurmada “humanitar fasilə” zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam etdi.
İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələri və işğalçı yəhudilərin hücumları nəticəsində 301 fələstinli həyatını itirib.
İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri sərhəddə davam edən qarşıdurmalarda 24 livanlı mülki şəxs, 113 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri həlak olub.
Qəzzada silah gücü ilə blokada altında didərgin düşən 1,9 milyon fələstinli sığınacaq, qida, təmiz su, dərman və səhiyyə xidmətləri olmadan həyatda qalmaq üçün mübarizə aparır.