Gürcüstanın Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində oğurluq hadisəsi baş verib.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, kəndin mərkəzində yeni açılmış “Magnit” mağazası gecə saatlarında ikinci dəfə qarət olunub.
Əldə olan məlumata görə, oğurluq edən şəxs və ya şəxslər mağazanın ön şüşəsini sındıraraq içəri daxil olub və mağazadan müxtəlif növ içkilər götürüblər.
Hadisə yerinə ekspertiza qrupu cəlb olunub, faktla bağlı istintaq başladılıb.
Qeyd edək ki, sözügedən mağaza 27 noyabr tarixində də eyni qayda ilə qarət edilmişdir.