Polis əməkdaşları ötən gün vətəndaşlardan sursatlar götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 24-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 2 alışdrıcı, 2 patron darağı və 132 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 2 patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb.