Olimpiya Oyunları zamanı Paris sakinləri QR keçidləri ilə evlərinə buraxılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin “Le Parisen” nəşrinə müsahibəsində bildirib. Nazir deyib ki, Olimpiya Oyunları zamanı Paris sakinləri evlərinə QR keçidi ilə buraxılacaq.
O qeyd edib ki, on minlərlə insan təhlükəsizlik yoxlamasından keçəcək və yalnız bundan sonra onlar yuxarıda göstərilən ərazilərdə sərbəst hərəkət etməyə imkan verən QR kodu ala biləcəklər
Trocadero yaxınlığında yaşayan parislilər, eləcə də .Sena üzərindəki barja sahibləri və bu ərazilərdə çalışan işçilər Yay Olimpiya Oyunları başlamazdan əvvəl xüsusi onlayn platformada qeydiyyatdan keçməli olacaqlar.
Xuraman Etibarlı
İnterpress.az