“Hələ heç nə bitməyib”: İsrail ordusunun rəhbəri İranın hücumu HAQQINDAbackend

“Hələ heç nə bitməyib”: İsrail ordusunun rəhbəri İranın hücumu HAQQINDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu İranın hücumuna cavab verməyi tövsiyə edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail nəşri “Ynet” məlumat yayıb. Bildirilir ki, İsrail ordusunun rəhbərliyi İranın hücumlarına cavab verməyi məsləhət görüb.

“Hələ heç nə bitməyib. Cavab zərbəsinin miqyasını və onun həyata keçirilmə vaxtını müzakirə etmək lazımdır”, – ordu komandanlığı bildirib.

Qeyd olunur ki, “İrana qarşı güclü beynəlxalq koalisiyanın” yaradılması və genişlənməsinə böyük əhəmiyyət verilir.

İsrail mediasına görə, Yəhudi Dövlətinin İranın 14 aprel hücumuna cavab vermək üçün 3 variantı var:

  1. yaxın 1-2 gün ərzində sərt, lakin məhdud bir zərbə endirmək;
  2. İranı cavab verməyə təhrik etməmək üçün hücuma əlverişli vaxt seçmək və həyata keçirmək;
  3. ABŞ-nin tələbinə əməl edərək və “İrana diplomatik səviyyədə yüksək qiymət ödəməyə məcbur edərək” reaksiya verməmək.

Xuraman Etibarlı

İnterpress.az