Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı mitinq keçirilir.
İnterpress.az xəbər verir ki, bu barədə TASS hadisə yerindən məlumat yayıb. Mitinqin yerli vaxtla saat 19:00-da başladığı elan edilib, lakin insanlar daha tez toplaşmağa başlayıblar.
“Tbilisidə parlament binası yaxınlığında bir neçə yüz nəfər xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyası keçirir.
Əksəriyyəti gənclərdən ibarət olan etirazçılar parlamentin əsas girişində əllərində Gürcüstan və Aİ bayraqları, eləcə də yeni qanun layihəsinin qəbuledilməzliyi barədə yazılar olan plakatlar tutublar.
Mitinqdə vəziyyət sakitdir. Parlamentin ətrafında güclü polis qüvvələri var. Parlament binasının yerləşdiyi Rustaveli prospekti tamamilə bağlanıb”, – nəşr yazıb.
Xuraman Etibarlı
İnterpress.az