“İsrail xarici müttəfiqlərinin məsləhətlərini yüksək qiymətləndirir, lakin özünümüdafiə ilə bağlı bütün qərarları müstəqil qəbul edəcək”.
İnterpress.az xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu qərbli tərəfdaşlarla bir neçə söhbətindən sonra hökumətin iclasında bildirib.
“Dostlarımıza həm sözdə, həm də əməldə İsraili müdafiə etməkdə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.
Onların da müxtəlif təklifləri və məsləhətləri var. Bunu yüksək qiymətləndirirəm. Lakin bunu açıq şəkildə bildirmək istəyirəm: öz qərarlarımızı özümüz verəcəyik”, – deyə Netanyahu bildirib.
Xuraman Etibarlı
İnterpress.az