Ərdoğan İsrailin İrana zərbələri ilə bağlı kimin doğru danışdığını bilmədiyini deyib.
İnterpress.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə İstanbulda jurnalistlərə bildirib.
Ərdoğan İsrailin İran ərazisinə son zərbələri ilə bağlı İsrail və İranın bəyanatlarını doğru adlandıra bilməyəcəyini deyib.
Eyni zamanda o, ABŞ-ni İsraili dəstəkləməkdə ittiham edərək, Vaşinqtondan fərqli bir şey gözləmədiyini qeyd edib.
“Hazırda İsrail və İran fərqli şeylər deyirlər. Heç bir məsuliyyət yoxdur, izahat yoxdur. İranın bəyanatlarına əsaslanaraq onun doğru danışdığını söyləmək olmaz. Bunu İsrail haqqında demək ümumiyyətlə mümkün deyil”, – Türkiyə lideri vurğulayıb.
Ərdoğanın fikrincə, eyni şeyi ABŞ-yə da ünvanlamaq olar.
“Biz BMT Təhlükəsizlik Şurasında görürük ki, Amerika İsrailin tərəfindədir.
Hamı Fələstini dəstəklədiyi halda, ABŞ son bəyanatlara əsasən, İsrailin tərəfini tutmağa davam edir.
Biz fərqli bir şey gözləmirdik və yenə də bunu yoxlamaq imkanımız oldu”, – Ərdoğan qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az