Aleksey və Yuliya Navalnı “Media Azadlığı Mükafatı”na layiq görüldülərbackend

Aleksey və Yuliya Navalnı “Media Azadlığı Mükafatı”na layiq görüldülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey və Yuliya Navalnı “Media Azadlığı Mükafatı”na layiq görülüblər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.Bildirilir ki, Aleksey və Yuliya Navalnı beynəlxalq “Media Azadlığı Mükafatı”nın laureatları olublar.

Onlar bu mükafata “müqavimət hərəkatında göstərdikləri şücaət” və “Rusiyadakı qəddar diktaturaya qarşı cəsarətli və qeyri-zorakı mübarizəyə görə” layiq görülüblər.

Mükafatlandırma mərasimi aprelin 19-da Almaniyanın Tegernsee gölündə illik Lüdviq Erhard Sammitində baş tutub.

Yuliya Navalnaya mükafatı öz adından və mərhum ərinin adından qəbul edib.

“Siz bu mükafatı ikimizə, mənə və Alekseyə təqdim edirsiniz. İki ay əvvəl Putin onu həbsxanada öldürüb.

Belə çıxır ki, mükafatın hər iki hissəsini daşımağa davam edəcəyəm – həm özüm üçün, həm də Aleksey üçün.

Onun media azadlığı sahəsində gördüklərini etməyə davam edin və özünə məxsus bir şey gətirin”, – Yuliya Navalnaya mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.

O, Kremlin senzura, dezinformasiya və yalan üçün yeni alətlər tapacağını vurğulayıb:

“Bu o deməkdir ki, biz istənilən şəraitdə həqiqəti çatdırmaqda davam etmək üçün yeni hiyləgər fəndlər tapacağıq. Aleksey həmişə etdiyi kimi”.

Xuraman Etibarlı

İnterpress.az