İranın Dini Ekspertlər Şurasına ayətullah Mohadi Kermani sədr seçilib.
İnterpress.az xəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.
Bildirilib ki, onun lehinə Şuranın 55 üzvü səs verib. Uranın daxili reqlamentinə əsasən, Mohadi Kermani iki il müddətinə quruma sədrlik edəcək.
Bu il martın 1-də Şuraya seçkilər keçirilib. Bu qurumu ölkənin ali rəhbər və rəhbərliyi seçir. Şuranın 88 üzvü var.
Qeyd edək ki, ondan əvvəl bu quruma ayətullah 98 yaşlı Əhməd Cənnəti sədrlik edib.