Toyuq əti BAHALAŞIB: Qiymət artımının SƏBƏBLƏRİ – AÇIQLAMAbackend

Toyuq əti BAHALAŞIB: Qiymət artımının SƏBƏBLƏRİ – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər toyuq ətinin qiymətində bahalaşma müşahidə olunur və bu alıcılarda haqlı narazılıqlar yaradır. 

Mövzu ilə bağlı İnterpress.az-a açıqlama verən qida üzrə mütəxəssis İlkin Şirinov bahalaşmanın səbəblərini sadalayıb.

“Toyuq ətinin bahalaşmasının əsas səbəbi broylerlər toyuqlarda müşahidə olunan xəstəlik və süni qiymət artımıdır. Təbii yolla 12-16 həftəyə böyüməli olan toyuq fabriklərdə 5 həftəyə böyüyür.

Fabriklərdə toyuğun çəkisini artırmaq məqsədilə istifadə olunan protein qidalardan və kimyəvi yemlərdən düzgün istifadə etməmək, hətta normadan dəfələrlə çox istifadə etmək toyuqlarda toksiki maddələrin miqdarını artırır. Bu da təsərrüfatda öz mənfi təsirini göstərir.

Toksinləri çox olan toyuq ətindən istifadə etmək insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Çünki bu cür məhsullardan istifadə etmək həm xərçəng xəstəliyinin yaranmasına, həm də digər toxumaların zədələnməsinə şərait yaradır. Toyuq ətinin qiymətinin bahalaşması isə marketlərdə satılan toyuq əti hissələrinə də öz təsirini göstərir”, – o qeyd edib.

Mütəxəssis broyler toyuqlarının sağlamlığa zərərlərindən də danışıb.

“Nəzərə alsaq ki, doğranmış toyuğun bütün hissələri satışa çıxarılır, ancaq broyler toyuğunun elə hissələri var ki, ondan qətiyyən istifadə etmək olmaz. Toyuğun boynundan, ayağından, bel nahiyəsindən, dərisindən, quyruq hissəsindən istifadə etmək sağlamlıq üçün son dərəcə təhlükəlidir.

Toyuğun boynunda yığılan bakteriyaların toplandığı limfa vəziləri, ayaqlarında olan orqanizmin həzm etməkdə çətinlik çəkdiyi yağlar, quyruğunda olan toksin və bakteriyalar bunu deməyə əsas verir. Ancaq təəssüflər olsun ki, istifadəsi sağlamlığa təhlükə yarada biləcək bu hissələr dönərxanalar və fast food hazırlanan obyektlərdə rahatlıqla istifadə olunur”, – mütəxəssis vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az