“Kiyev Rusiyanı İsveçrədəki sülh sammitinə dəvət etmək istəmir ki, onu pozmasın”.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində deyib.
“Onlar [Rusiya tərəfi] hər şeyin qarşısını alacaq, hər şeyi pozacaq və müharibəni bitirmək üçün bu və ya digər plan göstərməyincə sakitləşməyəcəklər. Bu, ultimatum olacaq, bunu biz dəfələrlə görmüşük. “Gündəm rusyönümlü ola bilməz”.”, – Zelenski bildirib.
Qarşıdan gələn sammitin məqsədi üç əsas məsələ üzrə iştirakçı ölkələrin ümumi mövqeyini inkişaf etdirmək olacaq: nüvə təhlükəsizliyi, naviqasiya təhlükəsizliyi, habelə ukraynalı uşaqların geri qaytarılması və “hamının hamıya” əsir mübadiləsi.
Mövqe barədə Moskvaya gələcəkdə məlumat veriləcək.
Vladimir Putin daha əvvəl demişdi ki, İsveçrədə keçirilən konfransın məqsədi Rusiyaya ultimatumlar təqdim etməkdir.
Xuraman Etibarlı
İnterpress.az