Bu ağrıkəsici narkotik vasitələrin siyahısına ƏLAVƏ EDİLİR – FOTObackend

Bu ağrıkəsici narkotik vasitələrin siyahısına ƏLAVƏ EDİLİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tapentadol” maddəsi narkotik vasitələrin siyahısına əlavə edilir.

İnterpress.az xəbər verir ki, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi “Tapentadol” maddəsinin narkotik vasitələrin siyahısına əlavə edilməsi ilə bağlı hökumət qərarının layihəsini hazırlayıb.

Müvafiq sənəd normativ hüquqi aktların layihələrinin federal portalında dərc edilib.

“Tapentadol” dərmanı kəskin və xroniki ağrı sindromlarında ağrıları azaltmaq üçün istifadə olunur.

“Tapentadol” analjeziklərin farmakoterapevtik qrupuna, qarışıq təsir mexanizmi olan opioid analjeziklərin klinik və farmakoloji qrupuna aiddir. Kəskin və xroniki ağrı sindromlarında ağrıları azaltmaq üçün istifadə olunur. Həmçinin klinik effektivliyinə görə opioidlərə yaxındır. məsələn, morfin (mü-antaqonist) opioid reseptorları).

Bundan başqa, qərar layihəsində “Tapentadol”un istehsalı, saxlanması, idxalı və ixracı çərçivəsində dövlət kvotasının dəyişdirilməsi və yenisinin təyin edilməsi təklif edilir.

Xuraman Etibarlı

İnterpress.az