İsrailin Hərbi Kabineti girovların azad edilməsi ilə əlaqədar HƏMAS-la olan dialoqu bərpa edəcək.
İnterpress.az bildirir ki, İsrail mediası bu barədə baş nazirin ofisinə istinadən məlumat yayıb.
Mənbə yazıb ki, hərbi kabinet danışıqlar qrupuna insanların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün səyləri davam etdirməyi tapşırıb.
Danışıqların bərpa edilməsi ilə bağlı qərar İsrail Nazirlər Kabinetinin dördsaatlıq iclasından sonra verilib.