İsrail vətəndaşı Aİ-nin sanksiyalar siyahısına DAXİL EDİLDİbackend

İsrail vətəndaşı Aİ-nin sanksiyalar siyahısına DAXİL EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail vətəndaşı Blatt da Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Onun şirkəti Rusiya Federasiyasını “Ironia” optik-elektron kompleksi üçün komponentlərlə təchiz edir.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Mark Blatt İsrailin Texel F.C.G Technology Limited şirkətinin baş direktorudur.

“İronia” optik-elektron kompleksi müxtəlif obyektlərin aşkarlanması da daxil olmaqla, müşahidə və ərazi haqqında məlumatların toplanması üçün nəzərdə tutulub.

Bu gün səhər saatlarında Aİ Rusiya Federasiyasına qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

Sanksiya siyahısına Türkiyə, Qazaxıstan, Qırğızıstan, Çin və BƏƏ-dən 116 fiziki və hüquqi şəxs, o cümlədən 61 şirkət daxil edilib.

Xuraman Etibarlı

İnterpress.az