Ermənistanın Fələstini tanımasına İsrailin cavabı GECİKMƏDİ – Qüds Patriarxlığına təzyiqləri ARTIRIRbackend

Ermənistanın Fələstini tanımasına İsrailin cavabı GECİKMƏDİ – Qüds Patriarxlığına təzyiqləri ARTIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Fələstini tanımasına cavab olaraq İsrail hakimiyyəti Erməni Apostol Kilsəsinin Qüds Patriarxlığına təzyiqləri artıra bilər.

interpress.az xəbər verir ki, bunu “Nairi” İsrail Erməniləri Birliyinin rəhbəri Aram Çernomoryan Sputnik Ermənistan-a müsahibəsində deyib.

O, əvvəllər dəfələrlə müxtəlif “təxribat və hücumların hədəfinə çevrilmiş” Qüdsdəki “İnək bağı” məsələsində erməni icmasının yeni problemlərlə üzləşə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, “bu hərəkətlərin arxasında pravoslav yəhudilərin rəhbərlik etdiyi İsrail Daxili İşlər Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin “qulaqları” görünür”.

Xuraman Etibarlı

İnterpress.az