Zelenski: Bazar ertəsi Rusiyanın zərbələri 43 nəfərin ölümünə səbəb olubbackend

Zelenski: Bazar ertəsi Rusiyanın zərbələri 43 nəfərin ölümünə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi Rusiyanın zərbələri 43 nəfərin ölümünə səbəb olub

interpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Vaşinqtonda Ronald Reyqan İnstitutunda çıxış edərkən bildirib.

O deyib ki, bazar ertəsi gecə Rusiyanın Kiyev və digər şəhərlərə endirdiyi zərbələr nəticəsində azı 43 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb.

“Müxtəlif tipli 40-dan çox raket. Biri uşaq xəstəxanasına, ən mürəkkəb xəsarət və xəstəliklərə – xərçəngə, ürək xəstəliyinə tutulmuş uşaqların ölümün əlindən xilas edildiyi ixtisaslaşdırılmış xəstəxanaya düşüb. Bu hücum nəticəsində 43 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.

Rusiya həmişə raketlərinin hara düşdüyünü qabaqcadan bilir”  – Zelenski vurğulayıb.

Vaşinqtonda NATO sammitində iştirak edən Zelenskinin sözlərinə görə, alyans liderlərinin görüşündə güclü qərarlar qəbul edilməlidir və Kiyev onları gözləyir.

“Putin daha nə qədər dözə bilər? Bu sualın cavabı burada Vaşinqtondadır. İndi hərəkət etmək sizin seçiminizdir”, – Ukrayna prezidenti əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az