Erməni keşiş Ermənistanda növbədənkənar seçkilər keçirmək İSTƏYİRbackend

Erməni keşiş Ermənistanda növbədənkənar seçkilər keçirmək İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni keşiş Qalstanyan Ermənistanda növbədənkənar seçkilər keçirmək istəyir.

interpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb.

Bildirilir ki, “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Qalstanyan “hakimiyyətin təzyiqi altında erkən seçkilərə getmələri” üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Qeyd olunur ki, Qalstanyan siyasi qüvvələrlə görüşlərdə 2026-cı ildə keçirilməli olan növbəti seçkiləri gözləməyəcəyini bildirib.

“Növbəti seçkiləri gözləmək Ermənistan üçün fəlakətli ola bilər”, – Qalstanyan deyib.

Xuraman Etibarlı

İnterpress.az