BƏƏ Fələstinə aid şüar səsləndirən tələbəni DEPORTASİYA ETDİbackend

BƏƏ Fələstinə aid şüar səsləndirən tələbəni DEPORTASİYA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ Fələstinə aid şüar səsləndirən tələbəni deportasiya edib.

interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Abu Dabi Universitetində (NYU Abu Dabi) bir tələbənin deportasiyası ilə nəticələnən insident baş verib.

May ayında keçirilən məzuniyyət mərasimində keffiye geyinmiş fələstinli bir tələbə “Fələstinə azadlıq!” deyə qışqırıb.

Bu hadisəyə görə Amerikanın liberal təhsil prinsipləri ilə BƏƏ sərt qanunlar tətbiq etməyə məcbur olub. Tələbələr İsrail-Fələstin münaqişəsi ilə bağlı tədbirlərə qadağalar və Fələstin simvollarının taxılmasına məhdudiyyətlər olduğunu bildirirlər.

NYU Abu Dabi tələbənin deportasiyasında heç bir əlaqəsi olmadığını bildirib.

“NYU-nun heç bir ölkənin immiqrasiya hərəkətləri və ya hüquq-mühafizə orqanlarının qərarları üzərində səlahiyyəti yoxdur”, – universitetdən bildirilib.

Universitet həmçinin tələbələrə “gözləntilər, öhdəliklər və sərhədlər, o cümlədən buraxılış mərasimi protokolları haqqında” məlumat verildiyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az