Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli üzvləri öldürülüb.
interpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Qəzza zolağında HƏMAS kəşfiyyat xidmətlərinin operativ təhlükəsizlik departamentinin rəhbəri Həsən Əbu Queyki məhv edib.
O, İsrailə qarşı çoxsaylı hücumlara rəhbərlik edən təşkilatın fövqəladə hallar komitəsinin hərbi əməliyyatçısı idi. HƏMAS hərbi kəşfiyyat qrupunun rəhbəri Nasser Mahana də məhv edilib.
Xuraman Etibarlı
İnterpress.az