İraqda PKK komandiri məhv edilib.
interpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Bildiriulir ki, Türkiyə kəşfiyyatının MİT-in İraqın şimalında yerləşən Süleymaniyyə vilayətində həyata keçirdiyi məqsədyönlü əməliyyat zamanı kürd hərbi-siyasi təşkilatı PKK-nın komandiri “Tolhildan” kod adlı Ömər Fırat zərərsizləşdirilib.
Ondan başqa, həmin an Fıratın yanında olan təşkilatın daha iki silahlısı məhv edilib. Onların İrandan gələn mühacirlər olduğu qeyd edilir .
Xuraman Etibarlı
İnterpress.az