Miqrantlar üçün YENİ QADAĞA: Rusiyalılarla evlənə və ev, avtomobil ala bilməyəcəklərbackend

Miqrantlar üçün YENİ QADAĞA: Rusiyalılarla evlənə və ev, avtomobil ala bilməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, iyulun 23-də Rusiya Dövlət Duması miqrantların deportasiyası ilə bağlı qanun qəbul edib. 

interpress.az xəbər verir ki, Dövlət Duması ikinci və üçüncü oxunuşda plenar iclasda Rusiya Federasiyasının ərazisində qanunsuz olan xarici vətəndaşların Rusiya Federasiyasından çıxarılması haqqında qanun layihəsinin artıq tətbiqinə başlanılıb.

Beləliklə, mövcud deportasiya və inzibati deportasiya rejimləri ilə yanaşı, ölkədən çıxarma rejimi də tətbiq olunacaq.

Rəsmi məlumata görə, Rusiya hakimiyyəti miqrasiya sahəsində ciddi nəzarətə başlayır. Rusiya qanunvericiliyinə əməl etməyən və ya Rusiya Federasiyasında qalmaq üçün qanuni əsaslarını itirmiş şəxslər ölkə ərazisində olmamalıdır.

Yeni deportasiya proseduru artıq sənədlərinin müddəti bitmiş, sənədləri etibarsız hesab edilən və ya cinayət törətmiş miqrantlara şamil ediləcək. Yeni qanunvericiliyə əsasən, deportasiya edilən miqrantlar xüsusi reyestrdə qeyd olunacaq və miqrantlar harada olduqları barədə polisə məlumat verməlidirlər.

O da qeyd olunur ki, deportasiya rejimində olanlar Rusiya vətəndaşları ilə evlənə, daşınmaz əmlak və avtomobil ala bilməyəcək, kredit götürə və ölkə daxilində sərbəst hərəkət edə bilməyəcəklər.

Bu yolla leqallaşdırma mexanizmləri vasitəsilə status dəyişikliyinə nail olmaq cəhdlərinin qarşısını almağa cəhd edilir.

Xuraman Etibarlı

İnterpress.az