TƏBİB poliklinikalarda yaranan sıxlığın səbəbini açıqlayıbbackend

TƏBİB poliklinikalarda yaranan sıxlığın səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

Bu barədə İnterpress.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sistemində problemlərin olduğu bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

Qeyd edək ki, səbəblərdən biri kimi “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün” sağlamlıq haqqında arayışların əldə olunmasına dair tibb müəssisələrinə müraciət sayında kəskin artım göstərilir.