Ramin Əliyev skandalı AYNA-da ÇAXNAŞMA YARATDI – Qurum iki yerə bölünübbackend

Ramin Əliyev skandalı AYNA-da ÇAXNAŞMA YARATDI – Qurum iki yerə bölünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Himayədarlıq etdiyi işçisi Ramin Əliyevi yerində otuzdura bilməyən AYNA özü qalmaqala düşüb. Məlum şikayətlərlə bağlı saytımızda gedən yazılardan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) çaxnaşma yaranıb.

Deməli, AYNA-nın Tarqovıya təhkim olunmuş bələdçisi Ramin Əliyevin səlahuyyətlərindən sui-istifadə edərək sürücülərdən aylıq “tas” tələb etməsi məsələsi AYNA-nın özünü 2 yerə bölüb:

Ramin Əliyevin qanunsuz hərəkətlərinə haqlı qarşı çıxanlar;

Ramin Əliyevin qanunsuz əməllərini haqsız dəstəkləyənlər.

Təəssüflə qeyd edək ki, dəstəkləyənlər AYNA-ya rəhbərlik edən Anar Rzayev və AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucovdur.

Belə məlum olur ki, Anar Rzayev ən “yağlı tikə” hesab etdiyi əraziyə havadarlıq etdiyi öz adamını göndərib və mətbuat xidmətinin rəhbəri də məsələdən hali olduğu üçün dəstəkləməyi daha üstün tutur. Yəni dəstəkləməsən, “gözü çıxmış qardaş”ın halına düşə bilərsən.

Deyəsən, adı müxtəlif qalmaqallı məsələlərdə tez-tez çəkilən AYNA-dan şikayətlərin və şikayət edənlərin sayının artması nə Anar Rzayevi, nə də Tural Orucovu narahat edir.

Rəhbərlik səlahiyyətdən sui-istifadə halına göz yumursa, deməli, elə özü vəzifəsindən sui-istifadə edib qanunsuzluğa yol verir.

Burada “Atam mənə kor deyib, hər gələni vur deyib” məsəli yada düşür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev də Ramin Əliyevə bu cür “təlimat” verib və arxasında da dağ kimi dayanıb.

Yəqin ki, AYNA-nın rəhbər şəxsləri nəhayət “papağını qarşısına qoyub” bu məsələyə aydınlıq gətirər, insanların haqlı narazılığına və Ramin Əliyevin qanunsuz əməllərinə son qoyular.

AYNA-nın məsələnin müsbət həlli ilə bağlı açıqlamasını təqdim etməyə hazırıq.

İnterpress.az