Telegramdakı son fasilələr Yaxın Şərqdəki hadisələrlə bağlıdır.
İnterpress.az xəbər verir ki, bu barədə Telegram-ın bəyanatında deyilir.
“Yaxın Şərqdə, xüsusən də İsrail, Livan və İranda baş verən son hadisələrə görə Telegram görünməmiş yüklənmələrlə üzləşib.
Son bir neçə gün ərzində bəzi istifadəçilər müvəqqəti əlaqə problemləri və mediaya daxil olmaqda çətinlik çəkə bilər.
Texniki komandamızın səyləri sayəsində Telegram əksər ölkələrdə əlçatan olaraq qalır və bütün məsələlər artıq tam həll olunub.
Narahatçılığa görə üzr istəyirik”, – bəyanatda bildirilib.
Xuraman Etibarlı
İnterpress.az