İki İsrail əsgəri İraqdan atılan dron tərəfindən ÖLDÜRÜLÜBbackend

İki İsrail əsgəri İraqdan atılan dron tərəfindən ÖLDÜRÜLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki İsrail əsgəri İraqdan atılan pilotsuz təyyarə tərəfindən öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Qeyd olunur ki, oktyabrın 2-dən 3-nə keçən gecə İraqdan İsrail ərazisinə 2 pilotsuz uçuş aparatı buraxılıb. Onlardan biri ələ keçirilib, digəri isə Qolan təpələrinin şimalındakı hərbi düşərgədə partlayıb.

Pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilmədiyi üçün hərbçilər özlərini müdafiə edə bilməyiblər. İnsident nəticəsində 24 hərbçi yaralanıb.

İsrailin mediası yazır ki, müharibə başlayandan bəri ilk dəfə olaraq iranpərəst qrupların atəşi İsrail ərazisinə çatıb və itkilərə səbəb olub.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti şimaldakı döyüşlərdə iki əsgərin öldüyü barədə məlumat vermişdi.

Xuraman Etibarlı

İnterpress.az