Hərbçilər mağazada avtomatı UNUTDULAR – Silah OĞURLANDIbackend

Hərbçilər mağazada avtomatı UNUTDULAR – Silah OĞURLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbçilər Tver vilayətindəki mağazada avtomatı unudublar, silah oğurlanıb və indi tapa bilmirlər.

İnterpress.az xəbər verir ki, şəhərin ictimai səhifələrində və kanallarında itki ilə bağlı elan yayılıb.

Oktyabrın 3-də şəhər tipli Kujenkino qəsəbəsindəki bölməyə təyin olunmuş əsgərlər növbələrini təhvil verərək bölməyə yollanıblar.

Hərbçilər siqaret almağa qərar veriblər. Üç oğlan içəri girib, birini isə silahı qorumaq üçün çöldə qoyublar. Alış-veriş etdikdən sonra əsgərlər  təxminən 30 metr getdikdən sonra əsgərlərdən biri alnına vurub. Yadın düşüb ki, bir avtomat yoxdur.

Hərbçilər mağazaya qayıdanda silah orada olmayıb.

Məlumata görə, əsgərlər 24 saatdır ki, ərazini gəzərək axtarış aparırlar. Qarajlarda və tövlələrdə silah olub-olmadığını yoxlayırlar, lakin hələlik axtarışlar heç bir nəticə verməyib.

İnsanlar pulemyotu İnternetdə də axtarırlar.

Xuraman Etibarlı

İnterpress.az