Rusiyada kişi 20 il pəhrizlə xora xəstəliyini müalicə edib və nəticədə mədəsini itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Moskva vilayətində həkimlər 20 ildir mədə xorasını həb və pəhrizlə düzgün müalicə etmədiyi üçün 45 kiloqram arıqlayan kişini ölümdən xilas ediblər.
Yalnız həyat yoldaşı ona boşanmaq üçün ultimatum verdikdən sonra o, əməliyyata razılıq verib.
Əməliyyat nəticəsində mədə xorası xəstəliyindən zədələnmiş mədənin üçdə ikisi çıxarılıb.
Xəstə artıq yeməyə başlayıb və altı aydan sonra onun lazımi çəkisini alacağı və tam həyata dönəcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az