“Crocus City Hall”a hücum edən terrorçuları tərifləyən qırğız həbs olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, bir qırğız “Crocus City Hall”a hücum edən terrorçuları “yaraşıqlı oğlanlar” adlandırıb və sonunda həbsxanaya düşüb.
Qırğızıstandan olan 30 yaşlı qeyri-qanuni mühacir Abdinasir uulu Bekzat (Terrora açıq çağırışlar) maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, Telegram kanallarından birinin şərhində tərifli şərh yazıb.
“Yaraşıqlı uşaqlar, belə bir hərəkət böyük ruh tələb edir, təəssüf ki, yaxalanıblar”, – o yazıb.
Məhkəmə həmçinin ona iki il müddətinə internet saytlarını idarə etməyi qadağan edib.
Xuraman Etibarlı
İnterpress.az