Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibədə “qələbə” elan etməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı (QUR) Rusiyanın niyyətləri barədə xəbərdarlıq edib.
“İşğalçılar yeni dezinformasiya kampaniyası hazırlayırlar.
Rusiya tammiqyaslı müharibənin başlanmasının üçüncü ildönümü olan 24 fevral 2025-ci il “dəyirmi tarixə” qədər Ukraynaya qarşı müharibədə ehtimal olunan “qələbə” elan etməyə hazırlaşır.
Üstəlik, qeyd olunan planlar arasında “Rusiyanın NATO üzərində qələbəsi” söhbəti də ola bilər. Çünki uzun müddət moskvalı təbliğat Ukraynaya qarşı müharibəni Alyansla (NATO) müharibə kimi qələmə verirdi”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az