Zurabişvili Gürcüstan vətəndaşlarına ÇAĞIRIŞ ETDİ – VİDEObackend

Zurabişvili Gürcüstan vətəndaşlarına ÇAĞIRIŞ ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zurabişvili Gürcüstan vətəndaşlarını Sovet işğalının ildönümü ilə bağlı etiraz aksiyalarına dəstək verməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Salome Zurabişvili videomüraciət edib.

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını fevralın 25-də Sovet İttifaqının Gürcüstanı işğalının ildönümü ilə bağlı keçiriləcək kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıb.

O, videomüraciətində “25 fevral 1921-ci ili hamımız xatırlayırıq, bunun nə olduğunu bilirik və bu gün deməyə toplanacağıq: yeni işğal, rus rejiminə yox”.

Fevralın 25-də Gürcüstanın iri şəhərlərində növbədənkənar parlament seçkilərinin keçirilməsi və saxlanılan nümayişçilərin azad edilməsi tələbi ilə kütləvi etirazlar planlaşdırılır.

25 fevral 2011-ci ildən Gürcüstanda parlamentin qərarı ilə rəsmi olaraq Sovet İttifaqının işğalı günü kimi qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az