Ermənistan və Litvanın XİN başçıları telefonla DANIŞDIbackend

Ermənistan və Litvanın XİN başçıları telefonla DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Litvanın xarici işlər nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məumat yayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı olub.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, Ermənistanın Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi perspektivləri, o cümlədən Şimali Avropa və Baltikyanı ölkələrlə tərəfdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib.

Tərəflər beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi aparıblar.

Ermənistan XİN rəhbəri rəsmi İrəvanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az